Koçaryan həbsxanada Paşinyana qarşı mübarizə aparır
Azvision.az “aysor.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsxanadan öz tərəfdarlarına ünvanladığı müraciətdə deyilir.
“Vurğulamağı zəruri sayıram: səsiniz baş verənlərin bir insanın azadlığı uğrunda, bir insana qarşı siyasi təqiblərə son verməsi üçün mübarizə aparmaqdan çıxdığını inkaredilməz faktlarla sübut edir. Bu, hüquqi və demokratik bir dövlət adına, milli ləyaqət naminə və özbaşınalığa qarşı mübarizədir. Hazırkı baş nazirin yürütdüyü qanunsuzluq siyasəti cəmiyyəti həyəcanlandırdı və bu bəyanatdan sonrakı reaksiya bunun ən yaxşı sübutudur.
Bildirmək istəyirəm ki, həbsxana kamerasından belə mübarizəni tam şəkildə davam etdirməkdə qərarlıyam. Həbs cəzasının məni prinsiplərimdən imtinaya məcbur edə biləcəyinə inanan insanların ümidləri sadəcə gülüncdür. Həyatımda ilk dəfə deyil ki, mən vacib bir məqsəd adına məhrumiyyətlə üzləşmişəm və bu, mənim iradəmi poza bilməz”, - deyə Koçaryan bildirib.
P.Sultanova
Azvision.az
Teqlər: Koçaryan Paşinyan Həbsxana Ermənistan