Nazirlik “Facebook”da canlı yayıma başlayır
Açıq nazirlik statusunu öz fəaliyyətdə tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər həftə sosial sahə üzrə yeni mövzu və qonaqlarla rəsmi "Facebook" səhifəsi izləyicilərinin qarşısına gələcək.
Beləliklə, "Facebook" izləyiciləri sosial sahə ilə bağlı onları maraqlandıran suallarını birbaşa canlı yayımda ünvanlaya biləcəklər. Hər dəfə növbəti canlı yayımın mövzusu və qonaq barədə izləyicilərə əvvəlcədən məlumat veriləcək.
“Sosial saat” hər həftənin cümə axşamı saat 11-də yayımlanacaq.
Azvision.az
Teqlər: ƏƏSMN Canlı-Yayım Facebook