Ərdoğanın ABŞ-a səfər tarixi bəlli olub

  08 Oktyabr 2019    Oxunub : 1196
 Ərdoğanın ABŞ-a səfər tarixi bəlli olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a səfər edəcək.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Bir çoxları Türkiyənin ABŞ-ın ticarət ortağı olduğunu unudur. Türkiyə F-35 qırıcılarının polad gövdəsini düzəldir. Eyni zamanda İdlibdə bir çox sayda insanın həyatının qurtarılmasında bizə yardım etdilər. Mənim xahişimlə amerikalı rahib Branson evinə sağ-salamat geri qayıdıb".

Tramp onu da əlavə edib ki, Türkiyə NATO-nun etibarlı, həm də çox önəmli üzvüdür.

Şahanə Rəhimli

Azvision.az

Teqlər: