Vladimir Andreyçenko Azərbaycana gəlir

 Vladimir Andreyçenko Azərbaycana gəlir
  08 Oktyabr 2019    Oxunub:2337
Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycana səfər edəcək.

Azvision.az -ın məlumatına görə, səfərin məqsədi Bakıda keçiriləcək Qoşulmama Hərəkatı ölkələrinin zirvə sammitində iştirakdır.
Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda XVIII zirvə görüşü keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qoşulmama   Belarus  





Xəbər lenti