Gömrükdə gizlədilən spirtli içkilər aşkarlanıb

Gömrükdə gizlədilən spirtli içkilər aşkarlanıb
  08 Oktyabr 2019    Oxunub:1798
Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes-Benz Viano” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda-qapı örtüyünün iç hissəsindən üzərində “Çistıe Rosı” yazılan 11 ədəd 700 millilitrlik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti