Koçaryanın səhhətində problem yaranıb

  08 Oktyabr 2019    Oxunub : 757
 Koçaryanın səhhətində problem yaranıb
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan əməliyyat olunacağı “İzmirlyan” tibb mərkəzinə gətirilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb. Bildirilib ki, Koçaryan bu klinikada iki dəfə tibbi müayinədən keçib.

Eks-prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan isə onun hələ əməliyyat edilmədiyini, daha bir müayinədən keçməli olduğunu deyib.

Koçaryanın səhhətində hansı problemin olduğu barədə isə məlumat verilmir.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti 1 mart 2008-ci ildə etiraz aksiyalarını dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.

P.Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koçaryan   Həbsxana   Xəstəxana