Qədim Şahtaxtı hamamı bərpa edilir - FOTO
Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik sahəni əhatə edir. Qurğu yarımyeraltı formada inşa edilib. Yəni bir hissəsi qazılaraq torpağın içərisində yerləşdirilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Bu hamam da digərləri kimi divarlarının qalınlığı və tikinti üslubu ilə diqqəti çəkir.
Binanın ümumi uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Bina tavanda açılmış bacalar vasitəsilə işıqlandırılıb. Bu qədim məişət obyekti digər hamamlar kimi mükəmməl mühəndis həlli ilə işlənib.
Azvision.az