İmişli və Biləsuvarda ev yanıb

İmişli və Biləsuvarda ev yanıb
  08 Oktyabr 2019    Oxunub:2446
İmişli rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanı 10 m² sahədə yanıb. Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Mənzil   Ev  





Xəbər lenti