Senator Trampa qarşı: Qərarın ləğvi tələb edilir

   Senator Trampa qarşı:    Qərarın ləğvi tələb edilir
  07 Oktyabr 2019    Oxunub:2125
ABŞ-ın respublikaçı senatoru Linds Qrem prezident Donald Trampın Suriyanın şimalından qoşunları geri çəkməklə bağlı qərarının ləğvini tələb edən qətnaməni Senata təqdim etməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə senator özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, prezident Trampın Suriyanın şimalına dair verdiyi qərarın təfərrüatlarını bilmir: “Amma mediada yayılmış məlumatlar doğru olarsa, bu, fəlakətə çevriləcək...Əgər Trampın planının icrası davam edərsə, bunun ləğvini tələb edən qətnamə təqdim edəcəyəm. Ümidvaram ki, qətnamə layihəsi hər iki tərəfdən güclü dəstək alacaq”.

Onun sözlərinə görə, Amerika qüvvələrinin geri çəkilməsi “İŞİD” terror qruplaşması yaraqlılarının qayıtmasını təmin edəcək, həmçinin kürdləri Suriya və İran hakimiyyəti ilə ittifaqa sövq edəcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Suriyanın şimalında hərbi əməliyyatlara başlanılması qərarının verilə biləcəyini bildirib. Artıq ABŞ həmin ərazidən öz qüvvələrini geri çəkməyə başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Senator  





Xəbər lenti