Rusiyada 3 nəfər yanaraq ölüb

  07 Oktyabr 2019    Oxunub : 3738
Rusiyada 3 nəfər yanaraq ölüb
Rusiyanın Başqırdıstan respublikasında üç nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Azvision.az Ria “Novosti”yə istinadən xəbər verir ki, bu barədə regonin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İqlin rayonunun Urman kəndində baş verən yanğınla bağlı FHN-ə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları göndərilib.

Yanğın söndürüldükdən sonra evdən üç nəfərin meyiti tapılıb. Hazırda ölən şəxslərin kimliyi və yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Yanğın