Qara dənizdə V əsrə aid xəzinə tapılıb

Qara dənizdə V əsrə aid xəzinə tapılıb
  07 Oktyabr 2019    Oxunub:5123
Bolqarıstanda arxeoloqlar Qara dəniz sahillərində 5-ci əsrə aid xəzinə tapıblar.
Azvision.az Ria “Novosti”yə istinadən xəbər verir ki, Devnya şəhərində qazıntılar zamanı bu dövrə aid 16 qızıl və 20-dən çox gümüş sikkə tapılıb.

İlkin məlumatlara görə, onların arasında ən qiymətlisi İmperator II Feodosiyanın şəkli olan qızıl sikkələrdir.

Varna diyarşünaslıq muzeyinin mütəxəssisi Hristo Kuzovun fikrincə, xəzinə Hunların hücumu gizlədilib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Xəzinə  





Xəbər lenti