Müsavata qurultay keçirmək üçün yer ayrıldı

Müsavata qurultay keçirmək üçün yer ayrıldı
  07 Oktyabr 2019    Oxunub:2514
Müsavat partiyasının IX qurultayının keçiriləcəyi məkan məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı məlumat verib. O, qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün müraciəti cavablandırıb.

Onun sözlərinə görə, qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Müsavatın sonuncu qurultayı 2014-cü ilin sentyabrın 27-də baş tutub.

Azvision.az



Teqlər: Partiya   Qurultay  





Xəbər lenti