Sabah Bakıda güclü külək əsəcək

  07 Oktyabr 2019    Oxunub : 1209
 Sabah Bakıda güclü külək əsəcək
Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azvision.az

Teqlər: ETSN   Hava