Türkiyə vətəndaşı Naxçıvanda qəzaya düşdü: Ölən və yaralılar var

Türkiyə vətəndaşı Naxçıvanda qəzaya düşdü:  Ölən və yaralılar var
  07 Oktyabr 2019    Oxunub:3237
Oktyabrın 5-də saat 08:00 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır. Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti