Evdən 10 minlik oğurluq edən dəstə tutuldu

  07 Oktyabr 2019    Oxunub : 882
Evdən 10 minlik oğurluq edən dəstə tutuldu
Narkotik vasitə ilə tutulan N.İbrahimovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Azvision.az

Teqlər: DİN