Tramp ermənipərəst konqresmenlərin impiçmentini tələb edir

Tramp ermənipərəst konqresmenlərin impiçmentini tələb edir
  07 Oktyabr 2019    Oxunub:7570
ABŞ prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosinin və Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiffin impiçmentini tələb edib.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tramp hesab edir ki, hər iki şəxs və onlarla sövdələşməyə gedənlər törətdikləri cinayətlərə və dövlətə xəyanətlərinə görə impiçmentə layiqdirlər.

"Nensi Pelosi hiyləgər Adam Şiffin Konqresə və Amerika xalqına qarşı etdiyi çox saylı yalanları və kütləvi saxtakarlıq hadisələrini bilirdi" , - deyə Tramp "Twitter"-də yazıb.

Onun sözlərinə görə, Pelosi Şiff kimi xüsusilə ağır cinayətlərdə və hətta dövlətə xəyanətdə günahkardır.

Xatırladaq ki, konqresmenlər Adam Şiff və Nensi Pelosi ənənəvi olaraq ermənipərəst mövqelərini ilə tanınıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti