Oğurluq edən keçmiş məhkum saxlanıldı

Oğurluq edən keçmiş məhkum saxlanıldı
  07 Oktyabr 2019    Oxunub:1371
Bakıda oğurluq faktının üstü açılıb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Binə   Oğurluq  





Xəbər lenti