Şəmkirdə 8 otaqlı ev yanıb

Şəmkirdə 8 otaqlı ev yanıb
  07 Oktyabr 2019    Oxunub:1489
Şəmkir rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkirdə ümumi sahəsi 399 m² olan üçmərtəbəli 8 otaqlı evin birinci mərtəbəsinin mətbəxində 10 m² sahədə mebel və məişət əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Şəmkir  





Xəbər lenti