Naxçıvan Qarnizonu məktəbində Müəllimlər Günü qeyd olunub
Qeyd olunub ki, məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Çıxışların ardından təhsildə fərqlənən müəllimlərə fəxri fərman və hədiyyə verilib. Sonda şagirdlər müəllimlərini mahnı və şeir nümunələri ilə təbrik ediblər.
Azvision.az
Teqlər: