Rusiyada avtobus qəzası - 20 turist yaralanıb

  06 Oktyabr 2019    Oxunub : 5340
Rusiyada avtobus qəzası - 20 turist yaralanıb
Rusiyanın Nijeqorod vilayətində turistlərin olduğu avtobus aşıb. Hadisə Qaqinsk rayonunun Panovo-Osanovo kəndi yaxınlığında baş verib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Qəza