Sumqayıta gəlin köçən xarici vətəndaş intihar edib

 Sumqayıta gəlin köçən xarici vətəndaş intihar edib
  06 Oktyabr 2019    Oxunub:3026
Sumqayıt şəhərində Özbəkistan vətəndaşı intihar edib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıta gəlin köçən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kenjoyeva Neqora İxtiyor qızı yaşadığı ünvanda özünü asıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Sumqayıt   İntihar  





Xəbər lenti