Ədliyyə orqanlarına qəbul imtahanının vaxtı açıqlandı

Ədliyyə orqanlarına qəbul imtahanının vaxtı açıqlandı
  05 Oktyabr 2019    Oxunub:1698
Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanının keçiriləcəyi tarix məlum olub.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qulluğa qəbulla bağlı bu ilin avqust ayında elan edilmiş açıq müsabiqədə iştirak barədə ərizə qəbulu davam edir və oktyabr ayının 9-dək müraciət edən ilk qrup hüquqşünaslarla test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə oktyabr ayının 12-də müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

Azvision.az



Teqlər: İmtahan   Ədliyyə   Nazirlik  





Xəbər lenti