Hacıqabulda ağır yol qəzası - Xəsarət alanlar var

   Hacıqabulda ağır yol qəzası -    Xəsarət alanlar var
  05 Oktyabr 2019    Oxunub:2477
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusu “Mercedes” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Hacıqabul   Qəza  





Xəbər lenti