Beyləqandakı qəzada 1 yaşlı uşaq ölüb

Beyləqandakı qəzada 1 yaşlı uşaq ölüb
  05 Oktyabr 2019    Oxunub:1838
Oktyabrın 4-də Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti