Tibbi sığortası olmayanlar ABŞ-a buraxılmayacaq

   Tibbi sığortası olmayanlar ABŞ-a buraxılmayacaq
  05 Oktyabr 2019    Oxunub:1879
ABŞ Prezidenti Donald Tramp tibbi sığortası olmayan və ya tibbi xərclərini qarşılaya bilməyən immiqrantların ABŞ-a girişini məhdudlaşdıran fərman imzalayıb.
Azvision.az xəbər verir ki, Ağ Evin saytında dərc edilən sənədə görə, ölkəyə girdikdən sonra immiqrantın 30 gün müddətində sağlamlıq sığortası olmalıdır. Və ya xarici vətəndaşın mümkün tibbi xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmalıdır.

Əgər bu şərtlərdən nə birincisi, nə də ikincisi yerinə yetirilməsə, onda onun ABŞ-a girişi dayandırılacaq və məhdudlaşdırılacaq.

Qeyd olunub ki, bu qayda sərəncam qüvvəyə minməzdən əvvəl immiqrasiya vizası almış əcnəbilərə, habelə “xüsusi immiqrasiya vizası” alanlara, ABŞ vətəndaşlarının uşaqlarına, IR-5 viza sahiblərinə şamil edilmir. SB-1, həmçinin IR-2, IR-3, IR-4, IH-3 və ya IH-4 vizaları da bura daxildir.

Xüsusilə, fərman ABŞ-ın daimi sakinlərinə, sığınacaq almaq üçün müraciət edənlərə də təsir etməyəcək. Bu sərəncam noyabrın 3-də qüvvəyə minəcək.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti