Ermənistanın iki hərbçisi ölüb, biri ağır yaralıdır

  Ermənistanın iki hərbçisi ölüb, biri ağır yaralıdır
  04 Oktyabr 2019    Oxunub:3716
Son 3 gün ərzində Ermənistan ordusunun iki müqaviləli hərbi qulluqçusu ölüb, bir zabit ağır yaralıdır.
Azvision.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi məlumatı gizlətməyə çalışsa da, mətbuat orqanları hadisələri dəqiqləşdirərək ölüm faktlarının üstünü açıblar.

Erməni KİV-lərində yayılan məlumatlara görə, oktyabrın 1-də sol çiyin nayihəsindən ağır güllə yarası alan müqaviləli hərbçi iki gün sonra həyatını itirib. Həmin gün - oktyabrın 3 də Tavuşda müqavilə ilə xidmət edən 28 yaşlı hərbçi Muşeğ Abovyan snayperdən açılan atəş nəticəsində ölüb.

Digər bir hadisə oktyabrın 2-də Dərə-Ələyəzdə qeydə alınııb. Əslən Şirak vilayətindən olan zabit ağır bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Onun ölümcül vəziyyətdə olduğu, süni nəfəs aparatına qoşulduğu bildirilir. Həkimlər yaralının sağalma şansının olmadığını deyirlər.

Rüstəm İsmayılov
Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Ölüm  





Xəbər lenti