İran səfiri Rusiya XİN-ə çağırılıb

İran səfiri Rusiya XİN-ə çağırılıb
  04 Oktyabr 2019    Oxunub:6008
İranın Moskvadakı səfiri Mehdi Sanai rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda həbs edilməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN sözçüsü Mariya Zaxarova məlumat verib.

"Rusiya vətəndaşı Yuzikin Tehranda həbs edilməsi ilə əlaqədar olaraq İran səfiri hadisənin təfərrüatlarını tez bir zamanda aydınlaşdırmaq və rus qadının hüquqlarını təmin etmək üçün Xarici İşlər Nazirliyinə çağrılıb".

Qeyd edək ki, daha əvvəl İranda müxbir kimi işləyən Yuliya Yuzik Tehranda İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri tərəfindən həbs olunub. O, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Rusiya   İran  





Xəbər lenti