Keçmiş məhkum metroda cibgirlik edib

Keçmiş məhkum metroda cibgirlik edib
  04 Oktyabr 2019    Oxunub:2106
Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti