Binəqədidə qəza - Qaz təchizatı dayandırıldı

   Binəqədidə qəza    - Qaz təchizatı dayandırıldı
  04 Oktyabr 2019    Oxunub:1431
Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.
Birlikdən Azvision.az -a bildirilib ki, hadisə yerinə baxış keçirən “Azəriqaz” əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Azvision.az



Teqlər: Binəqədi   Qaz  





Xəbər lenti