Fondun təşkilatçılığı ilə seminar keçirilib

Fondun təşkilatçılığı ilə seminar keçirilib
  03 Oktyabr 2019    Oxunub:2076
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa və Füzuli rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Sumqayıt şəhərində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhminin və Füzuli rayonunda görkəmli aktyor, kinorejissor Elçin Cahangirlinin iştirakı ilə keçirilən tədbirlərdə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi, gənclər arasında mənəvi dəyərlərin təbliği və digər mövzularda maraqlı müzakirələr təşkil edilib.

Azvision.az


Teqlər: Seminar   Sumqayıt  





Xəbər lenti