“INNOLAND”ın rezidentləri beynəlxalq proqrama qəbul edilib

“INNOLAND”ın rezidentləri beynəlxalq proqrama qəbul edilib
  03 Oktyabr 2019    Oxunub:1502
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən “İTU Magnet” akselerasiya proqramına qəbul edilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir.

Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan “Topla.az”, “Otaqyoldaşı”,”QReact”, “Botbox” və “Nextsale” “İTU Magnet” akselerasiya proqramına qəbul olunub.

Azvision.az


Teqlər: INNOLAND  





Xəbər lenti