Həbsdəki dayısına telefon keçirmək istədi

  03 Oktyabr 2019    Oxunub : 870
Həbsdəki dayısına telefon keçirmək istədi
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Sadıqov Bilal Sadəddin oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkçənin cibində gizlədilən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Azvision.az

Teqlər: PX   Türmə