“Göydə Allah, yerdə Mehriban Əliyeva mənə kömək etdi”

“Göydə Allah, yerdə Mehriban Əliyeva mənə kömək etdi”
  10 Dekabr 2013    Oxunub:1308
“Allahıma şükürlər, göydə Allah, yerdə Mehriban xanım mənə kömək elədilər. Ən azından himayəmdə 6 yaşlım qızım və 75 yaşlı anam var, onları mənsiz qalmaqdan qurtardılar. Onun insanlığı qarşılığında söz deməyə utanıram”.

Bunu AzVision.az-a açıqlamasında xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarova deyib.

O, müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdüyü üçün birini xanım Mehriban Əliyevaya təşəkkür etdiyi bildirib:

“Xəstəliyimlə bağlı demişdim ki, mənə müalicə mütləq lazımdır. Əgər müalicə olunmasam, bu xəstlik digər orqanlarıma da keçə bilər. Sonra Mehriban xanıma da müraciət olundu və cavab gəldi ki, artıq müalicəni öz üzərinə götürüb. Mən çox təşəkkürümü bildirirəm, heç gözlərimə də inanmadım ki, bu ola bilər. Amma, hardasa bilirdim ki, bu müraciətim mütləq dəqiq ünvanına gedib çatacaqsa, heç vaxt cavabsız qalmayacaq. Çox şükürlər olsun ki, mənim də məktubum cavabsız qalmadı, səsimə səs verildi. Mən dönə-dönə təşəkkürümü bildirirəm. Hər zaman xalqın səsinə səs verən insan mənim də səsimə səs verdi. Yəni təkcə sənət nümayəndələrinin yox, hər kəsin müraciəti cavabsız qalmır.

Allahıma şükürlər, göydə Allah yerdə Mehriban xanım mənə kömək elədilər. Ən azından himayəmdə 6 yaşlım qızım və 75 yaşlı anam var, onları mənsiz qalmaqdan qurtardılar. Onun insanlığı qarşılığında söz deməyə utanıram”.

Aktrisa Mehriban Əliyevaya əməkdar artist Aybəniz Haşımovanın müraciət etdiyini qeyd edib.

“Mənim xəstəliyim barədə Mehriban Əliyevaya Aybəniz Haşımova müraciət edib. Mən ona çox təşəkkür edirəm. O mənlə görüşmüşdü, belə xəstə halda məni gördü, müraciət etdi və sözsüz ki, müraciətə də cavab gəldi”.
Xanım Qafarova artıq müalicə olunmaq üçün Türkiyəyə gedəcəyini bildirib.

“Allah qoysa sabah səhər Türkiyəyə yola düşəcəm. Kimlə gedəcəyim barədə bilmirəm. Bu məsələ bu gün müzakirə olunacaq”.

Tanınmış aktrisa Türkiyədə hansı xəstəxanada müalicə olunacağı barədə məlumatsız olduğunu bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti