Miqrasiya Könüllüləri ATU-da 1 aylıq fəaliyyətə başlayıblar

Miqrasiya Könüllüləri ATU-da 1 aylıq fəaliyyətə başlayıblar
  03 Oktyabr 2019    Oxunub:1510
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində sənədləşmə işlərinin təşkilində köməklik göstərirlər.
Azvision.az DMX-ya istinadən xəbər verir ki, Miqrasiya Könüllüləri ali təhsil ocağında təhsil alan 2000-ə yaxın əcnəbi tələbəyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsini təmin etmək üçün sənədləşmə prosesində yaxından iştirak edəcək, miqrasiya sahəsi üzrə geniş informasiya verəcək, onları maraqlandıran sualları cavablandıracaq, təklif və müraciətləri ümumiləşdirərək aidiyyəti üzrə göndərəcəklər.

Miqrasiya Könüllülərinə müraciət edənlər arasında Türkiyə, Rusiya, İran, Böyük Britaniya, İraq və BƏƏ vətəndaşları üstünlük təşkil edirlər.

Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetindəki fəaliyyətlərini 1 ay müddətində davam etdirəcəklər.

Azvision.az



Teqlər: Miqrasiya-Xidməti   DMX   ATU  





Xəbər lenti