Bakıda oteldə yanğın - 10 əcnəbi təxliyyə edilib

      Bakıda oteldə yanğın    - 10 əcnəbi təxliyyə edilib
  03 Oktyabr 2019    Oxunub:2507
Bakıda oteldə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti