Ermənistan ordusunun hərbçisi yaralanıb

   Ermənistan ordusunun hərbçisi yaralanıb
  02 Oktyabr 2019    Oxunub:3015
Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu yaralanıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətində sağ çiyin nahiyəsindən güllə yarası alan hərbçi Noemberyan tibb mərkəzinə yerləşdirilib. O, daha sonra İrəvan hərbi hospitalına köçürülüb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, dünən saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan silahlı qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.

Həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Azvision.az



Teqlər: Ermənistan   Tavuş   DSX   Əsgər  





Xəbər lenti