Ruhani Trampla görüşdən imtina etməsinin səbəbini açıqladı

 Ruhani Trampla görüşdən imtina etməsinin səbəbini açıqladı
  02 Oktyabr 2019    Oxunub:1444
İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında amerikalı həmkarı Donald Trampla görüşdən imtina etməsinə aydınlıq gətirib.
Azvision.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ruhani hökumət iclasında danışıb.

"Əgər bu danışıqların İran xalqının maraqlarına uyğun olacağına əmin olsaydım, şübhəsiz ki, görüşərdim. ABŞ prezidenti BMT Baş Assambleyasındakı çıxışında iki dəfə İrana qarşı sanksiyaları sərtləşdirmək istədiyini söylədi. Avropalı dostlarımıza dedim, biz bunu necə qəbul edə bilərik? Sizə inanmalıyıq ki, Vaşinqton və ya 24 saat ərzində İrana qarşı təzyiqlərin artırılmasını deyən ABŞ prezidenti dialoqa hazırdır".

Ruhani əlavə edib ki, Tehran Fransa prezidenti Emmanuel Makronun nüvə sazişini xilas etmək təşəbbüsünün ümumi prinsipləri ilə razılaşır, lakin təklifin təfərrüatlarını qəbul etmir.

"Bu planın ümumi prinsipləri bizim üçün məqbuldur, lakin onun təfərrüatları ilə razılaşmırıq, çünki onlar etibarsızdır".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ruhani   Tramp  





Xəbər lenti