Qəza 400 evi qazsız qoydu

  02 Oktyabr 2019    Oxunub : 736
Qəza 400 evi qazsız qoydu
Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.
Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, nəticədə adıçəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Xəttin bərpası istiqamətində işlər aparılır.

Azvision.az

Teqlər: Qaz