Balakişiyevi parkda döydülər, işə polis qarışdı

Balakişiyevi parkda döydülər, işə polis qarışdı
  02 Oktyabr 2019    Oxunub:3212
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti