"Təəssüf ki, bu göstəricilər bizdə aşağıdır" - Məhəbbət Vəliyeva

"Təəssüf ki, bu göstəricilər bizdə aşağıdır" -  Məhəbbət Vəliyeva
  02 Oktyabr 2019    Oxunub:2565
"Məktəbəqədər təhsil, evdə öyrənmə mühiti, valideynlərin uşaqların təhsilində iştirakı şagirdlərin təlim nailiyyətlərinə ciddi təsir göstərir"
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunan 3-4 yaşlı uşaqlar ölkə əhalisinin cəmi 15 faizini təşkil edir. "Bu da göstəricilərin aşağı səviyyədə olmasının səbəblərindən biridir. Evdəki təhsil mühiti də uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir. Təəssüf ki, bu göstəricilər üzrə də ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu uşaqların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür. Ölkəmizdə bu göstəricinin aşağı səviyyədə olması təəssüfedicidir".

Azvision.az



Teqlər: TN   Məktəbəqədər   Təhsil  





Xəbər lenti