Prezidentin tapşırığı ilə yenidən qurulan Atatürk parkı - FOTOREPORTAJ

Prezidentin tapşırığı ilə yenidən qurulan Atatürk parkı -  FOTOREPORTAJ
  02 Oktyabr 2019    Oxunub:7361
Bakının Nərimanov rayonunda, Atatürk prospektində yerləşən park əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Azvision.az xəbər verir ki, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görülən işlər barədə məlumat verib.
Bildirilib ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var.

Qeyd edək ki, sözügedən park ölkə başçısının göstərişi ilə təmir olunub.

Azvision.az-ın Atatürk parkından hazırladığı fotoreportajı təqdim edirik:













































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Park  





Xəbər lenti