Azərbaycanda minimum pensiya Ermənistanla müqayisədə 4 dəfə çoxdur

Azərbaycanda minimum pensiya Ermənistanla müqayisədə 4 dəfə çoxdur
  02 Oktyabr 2019    Oxunub:6835
Azərbaycanda minimum əməkhaqqı alıcılıq qabiliyyəti paritetinə görə 595 dollara bərabərdir.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycandan sonra minimum əməkhaqqının alıcılıq qabiliyyəti paritetinə görə Ukrayna, Rusiya və Gürcüstan yer alır: “Azərbaycanda minimum əməkhaqqı yalnız Belarusdan geri qalmaq şərtilə MDB məkanında ikinci yerdədir. Bizim yerləşdiyimiz məkanda minimum əməkhaqqıya görə Azərbaycan lider mövqedədir. Azərbaycanda minimum əməkhaqqı Ermənistandan 2,1 dəfə, Rusiya və Gürcüstandan isə 1,4, Qaxıstandan isə 1,6 dəfə isə çoxdur”.



V.Qasımlı qeyd edib ki, Azərbaycanda minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti ilə hesablayanda 476 dollara bərabərdir. Ermənistanda isə bu göstərici 128 dollardır.

“Azərbaycanda minimum pensiya Ermənistanla müqayisədə 4 dəfəyə qədər çoxdur. Orta aylıq əməkhaqqı və pensiya göstəricilərinə görə də Azərbaycan MDB məkanında liderdir. Bu gün ölkədə inflyasiya 2,6 faiz təşkil edir. Dövlət büdcəsi, tədiyyə balansının müsbət saldosu inflyasiya və manatın kursunu orta müddətdə nəzarətdə saxlamağa imkan verir. Bu da əhalinin layiqli həyat şəraitinin təmin edilməsi üçün əhəmiyyətlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüsal-Qasımlı   Əməkhaqqı  





Xəbər lenti