İlk gecə reyslərində 108 sərnişin daşınıb

   İlk gecə reyslərində 108 sərnişin daşınıb
  02 Oktyabr 2019    Oxunub:2258
Oktyabrın 1-də rayonlar istiqamətində ilk gecə reyslərində 108 sərnişin daşınıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Azvision.az -a bildirib ki, ötən gün saat 22:00-da Gəncə, 23:00-da "Qırmızı Körpü", 00:00-da Gəncə istiqamətinə ilk gecə reysləri yola salınıb.

“İlk gün olmasına baxmayaraq, sərnişin tələbatı var idi. İlk reyslə Gəncə istiqamətinə 31, "Qırmızı Körpü" istiqamətinə 36, 00:00-da olan Gəncə reysində isə 41 sərnişin yola salınıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtobus   Avtovağzal   Reys  





Xəbər lenti