Bakıda 32 yaşlı qadını qatar vurub

Bakıda 32 yaşlı qadını qatar vurub
  02 Oktyabr 2019    Oxunub:2811
Bakının Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti kritikdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Keşlə   Qatar   Qadın  





Xəbər lenti