Honkonqda iğtişaşlar - 31 nəfər yaralanıb

Honkonqda iğtişaşlar -  31 nəfər yaralanıb
  01 Oktyabr 2019    Oxunub:4803
Honkonqda polislə nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində 31 nəfər yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri sinəsindən güllə yarası alan məktəblidir.

Qeyd edək ki, Honkonqda iyunun 1-dən ekstradisiya haqqında qanun layihəsi ilə bağlı kütləvi etirazlar başlayıb. Ölkə müxalifəti oktyabrın 1-də böyük etiraz yürüşü keçirməyi planlaşdırsa da, onların müraciəti rədd edilib. Ancaq bu, küçələrə çıxan etirazçıları dayandırmayıb. Nümayişçilər şəhərin müxtəlif ərazilərinə toplaşaraq işıqforları və yol çəpərlərini qırıb, hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Honkonq  





Xəbər lenti