Energetika naziri Rusiyada səfərdədir

Energetika naziri Rusiyada səfərdədir
  01 Oktyabr 2019    Oxunub:1895
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdədir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, nazir oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin "Rusiya enerji həftəsi" adlı beynəlxalq forumda iştirak edəcək.

Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.

Azvision.az



Teqlər: PərvizŞahbazov  





Xəbər lenti