Lavrovun “Sonuncu qədəh”i, “Tayqada atəş” - Nazirin şeirləri üzə çıxdı

Lavrovun “Sonuncu qədəh”i, “Tayqada atəş” -  Nazirin şeirləri üzə çıxdı
  01 Oktyabr 2019    Oxunub:6086
Rusiya xarici işlər naziri Sergey Lavrovun sosial şəbəkələrdə yeni şeiri yayılıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nazirin "Tayqada atəş" adlı şeirində alova bürünmüş meşədəki bir hadisə təsvir edilir.

Bu, Lavrovun ilk poetik təcrübəsi deyil. 2015-ci ilin fevral ayında, təxminən 20 il əvvəl yazdığı üç şeir - "Son dalğanın mühacirləri", "Sonuncu qədəh", "Dünənki kimi" şeirləri də çap olunub.

2017-ci ilin fevral ayında Lavrovun hazırkı siyasi proseslə bağlı təəssüratlarına dair satirik əsəri "Rusiya Pioneri" jurnalında dərc edilib.

XİN rəhbərinin 1994-cü ildə dostu və həmkarı Vitali Çurkinə həsr olunmuş daha bir şeiri üzə çıxıb. Lavrov 1972-ci ildə bitirdiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun himninin müəllifi kimi də tanınır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Lavrov   Poeziya  





Xəbər lenti