Goranboyda xeyli sayda silah-sursat tapılıb

Goranboyda xeyli sayda silah-sursat tapılıb
  01 Oktyabr 2019    Oxunub:4841
Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Erkəc kəndi ərazisində 1 ədəd “TOZ-16” və 1 ədəd “İJ” markalı ov tüfəngləri, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları, 1 ədəd tank əleyhinə qumbara, 8 ədəd patron darağı, 2145 ədəd müxtəlif çaplı patron,1 ədəd alıçdırıcı və 1 ədəd pulemyot lenti tapılıb.

Azvision.az


Teqlər: Silah   DİN  





Xəbər lenti