Azərbaycanda əhalinin siyahıyaalınması başlayır

 Azərbaycanda əhalinin siyahıyaalınması başlayır
  01 Oktyabr 2019    Oxunub:2433
Bu gündən Azərbaycanda əhalinin növbəti siyahıyaalınmasına başlanılır.
Azvision.az xəbər verir ki, proses oktyabrın 1-dən 10-dək davam edəcək. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb.

Ümumilikdə hər 300 nəfər əhali üçün 1 sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və 5 sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib. Əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil olunması, proqram təminatı vasitəsilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu, 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıyaalınması hər 10 ildən bir həyata keçirilir.

Azvision.az



Teqlər: Əhali   Siyahı  





Xəbər lenti