Səudiyyə kralı Ruhaniyə məktub göndərib

Səudiyyə kralı Ruhaniyə məktub göndərib
  01 Oktyabr 2019    Oxunub:6083
İran prezidenti Həsən Ruhani üçüncü bir ölkənin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı Krallığından məktub alıb.
Azvision.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbi məlumat verib. O bildirib ki, Ər-Riyad siyasi mövqeyini dəyişərsə, İran bunu alqışlayar.

Əli Rəbi məktubun hansı ölkənin nümayəndəsi vasitəsi ilə çatdırıldığını və orada konkret nəyin yazıldığını açıqlamayıb.

İran prezidenti Həsən Ruhani sentyabrın 26-da Nyu-Yorkda çıxışı zamanı bildirmişdi ki, Yəməndəki müharibə İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə həlledici rol oynayan problemlərdən biridir. Onun sözlərinə görə, Yəməndə atəşkəs olarsa, Tehranla Ər-Riyadın fikirayrılıqları həll ediləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: HəsənRuhani  





Xəbər lenti